Video



Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif

Dekabr 2017
BE ÇA Ç CA C Ş B
« Noy    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

XƏBƏR LENTİ

14 Dekabr 2017

12 Oktyabr 2017 - 12:32

““Maşın” şouda SMS-lər Murad Dadaşov tərəfindən tənzimlənir”- ŞOK İTTİHAM (FOTOLAR)

11

Ötən gün “Maşın” realiti şousunun növbəti buraxılışı söz-söhbətsiz ötüşməyib.

Gununsesi.info xəbər verir ki, yarışmada səsverməyə çıxan meyxanaçı Samirə Yusifqızı müsabiqə barədə ittiham irəli sürüb.

Reklamarası ifaçı Mehriban Xanlarova, Vüsalə Kərimova, Günel Ələkbərova və Xatun Əliyeva ilə gizli söhbəti zamanı bir iddia ortaya atıb.

Samirə Yusifqızı SMS-lərin aparıcı Murad Dadaşov tərəfindən tənzimləndiyini deyib:

“Səsvermənin çevrilişini Murad Dadaşov edir, özü tənzimləyir. İstəmirlər ki, şouda qalım”.

Efirin canlı yayımında xanım meyxanaçının bu qalmaqallı ifadələri müzakirələrə səbəb olub.  Layihənin aparıcısı M. Dadaşov ifaçının fikirlərinə öz etirazını bildirib:

“Təbii ki, bu fikirlərinizə görə sizi yarışmadan uzaqlaşdıra bilmərəm, şəxsi fikrinizdir. Ancaq diqqətli olaq, burada böyük insanlar yarışıb, şou 12 ildir ki, davam edir. Yanlışlıq olsaydı proqram bu qədər davam etməz, sevilməzdi”.

Qeyd edək ki, S. Yusifqızı 12,36 faiz qalsına səs yığaraq yarışmasını tərk edib.


Gununsesi.info





loading...