Mehman Hüseynovun məhkəmə prosesi başlayıb

  • By admin
  • 27 Mart 2017 17:22

mehman

Martın 27-də saat 16 :00-da Səbail rayon Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə blogger Mehman Huseynova qarşı işgəncə faktı ilə bağlı məhkəmə prosesi başlayıb.

Gununsesi.info xatırladır ki,  yanvarın 9-da saxlandığı zaman M.Hüseynov Nəsimi rayon 22 saylı Polis Bölməsində işgəncəyə məruz qalması haqda açıqlama vermişdi.

Müdafiə tərəfi bununla bağlı Bakı Şəhər Prokurorluğuna müraciət etmişdi.

Prokurorluq isə işgəncə faktlarını araşdırmaqdan imtina qərarı çıxarmışdı.

Müdafiə tərəfi də həmin qərardan şikayət vermişdi.

Gülnaz Qənbərli

Gununsesi.info