Meksikada 3 günlük matəm elan edildi

  • By admin
  • 20 Sentyabr 2017 21:20

 

zelzele

Meksikada  baş verən zəlzələnəticəsində ölənlərin sayı 225 nəfərə çatıb.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, ölkə prezidenti dağıdıcı zəlzələnəticəsində ölənlərin xatirəsinə ölkədə 3 günlük matəm elan edib.

Ötən gün Meksikada 7,1 bal gücündə zəlzələ olub. Zəlzələnin episentri Puebla de Saraqosa şəhərindən 49 km cənub-qərbdə və Tepeoxuma yaşayış məntəqəsindən 8 km aralıda, yerin səthindən 60 km dərinlikdə qeydə alınıb. Təkanlar paytaxt Mexikoda hiss olunub. Fəlakət zonasında xilasedici əməliyyat davam edir.

Gununsesi.info