Almaniyanın Baş naziri Angela Merkel Türkiyənin Baş naziri Binəli Yıldırım ilə görüşündə həbs olunan “Die Welt” qəzetinin müxbiri Deniz Yücelin məsələsini müzakirə edib.
Məsələ əlaqədar hökumət sözçüsü Steffen Seibert açıqlama verib. Seibert Merkelin Münhen Təhlükəsizlik Konfransında Baş nazir Binəli Yıldırım ilə görüşü zamanı jurnalist Deniz Yücelin məsələsini gündəmə gətirdiyini söyləyib. Baş nazir “hökumətdən Deniz Yücellə ədalətli və hüquq dövlətinə uyğun davranılmasını gözlədiyini vurğulayıb”.
“Die Welt” qəzetinin 43 yaşındakı peşəkar müxbiri Deniz Yücel çərşənbə axşamı ifadə vermək üçün İstanbul Təhlükəsizlik müdirliyinə getmiş və burada nəzarətə alınmışdı. Yücel RedHack tərəfindən ictimaiyyətə sızdırılan və Enerji naziri Berat Albayrakın elektron poçt yazışmalarına aid olduğu irəli sürülən məlumatlarla bağlı xəbər yaymışdı. Jurnalistin “terror təşkilatına üzv olmaq”da, “şəxsi məlumatları hüquqa zidd olaraq ələ keçirməkdə və yaymaq”da və “terror təşkilatını təbliğ etmək”də ittiham olunduğu bildirilir. Deniz Yücelin həm Türk, həm Alman vətəndaşlığı var.
Merkel Yıldırımla Türkiyədə jurnalistlərin kütləvi həbsini müzakirə edib
- By admin
- 18 Fevral 2017 20:27
DİGƏR XƏBƏRLƏR
-
23 Aprel 2024 10:50
Culfada ağır qəza
-
22 Aprel 2024 20:58
Xalq yazıçısı Elçin Əfəndiyev əməliyyat olunub
-
22 Aprel 2024 09:29
Cəlilabadda mağaza yandı
-
21 Aprel 2024 10:05
Yaponiyada hərbi helikopterlər qəzaya uğrayıb
-
20 Aprel 2024 22:58
Ağdaşda bir nəfər özünü yandırıb
-
20 Aprel 2024 17:01
Bakıda taxta bazarında yanğın başladı
-
20 Aprel 2024 15:29
Rusiyada azərbaycanlı biznesmen öldürüldü
-
19 Aprel 2024 21:56
KİV: İran İsrailin nüvə mərkəzini vura bilər
-
19 Aprel 2024 18:44
Təcridxanaya narkotik keçirilməsinin qarşısı alındı
-
19 Aprel 2024 16:47
Binəqədi rayonunda yanğın olub
-
19 Aprel 2024 15:59
Tovuzda qadının üstünə benzin töküb yandırdı
-
19 Aprel 2024 14:11
Bakıda yaşayış binasında yanğın olub