VİDEO




Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif



İyul 2017
BE ÇA Ç CA C Ş B
« İyn    
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  

XƏBƏR LENTİ

24 İyul 2017

17 İyul 2017 - 21:55

Meşə zolağında 423 kq çətənə kolu aşkarladı

cetenek

 

Ağdaş rayonunun Ağzıbir kəndi ərazisindəki meşə zolağında kənd sakini olan bir nəfərin kultivasiya yolu ilə çətənə kolları yetişdirməsi barədə Rayon Polis Şöbəsinə əməliyyat məlumatı daxil olub.

Gununsesi.info-nun Daxili İşlər Nazirliyinə istinadən məlumatına görə, RPŞ rəhbərliyinin başçılığı ilə yaradılan əməliyyat qrupu məlumatın yoxlanılması məqsədi ilə həmin əraziyə gələrək oranı ətraflı müayinə edib, araşdırmalar aparılıb.

Əməliyyat-axtarış tədbirləri nəticəsində meşə zolağında kollarla əhatələnmiş ərazidə çətənə kollarının yetişdirildiyi sahə aşkarlanıb. Ərazinin görünməz hala gətirilməsi, diqqət çəkməməsi üçün ora hərtərəfli hündür kollar və bitkilərlə örtülərək gizlədilib.

Polis əməkdaşları tərəfindən çətənə kollarını kultivasiya yolu ilə yetişdirməkdə şübhəli bilinən kənd sakini Cabir Şahmuradov saxlanılaraq Polis Şöbəsinə gətirilib. Onun iştirakı ilə həmin əraziyə baxış keçirilib, oradan ümumi çəkisi 423 kiloqram olan 260 ədəd çətənə kolları aşkar edilərək götürülüb.

C.Şahmuradov kollarla maskaladığı sahəyə düzəltdiyi nəzərəçarpmaz dar keçiddən sürünərək keçdiyini etdiyini etiraf edib.

Faktla əlaqədar Ağdaş RPŞ-də cinayət işi başlanılıb.

Gununsesi.info





loading...
Loading...