Meşə yanğınları 35 nəfərin həyatına son qoydu

  • By admin
  • 16 Oktyabr 2017 21:15

meseyangini025jpg

Portuqaliyada meşə yanğınları zamanı ölənlərin sayı 35 nəfərə çatıb.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, 56 nəfər müxtəlif dərəcəli xəsarət alıb, 7 nəfər itkin düşmüş hesab edilir.

Məlumata görə, ölkədə ümummilli matəm elan ediləcək.

Hazırda bölgədə 50 yanğın ocağı mövcuddur. Alovun söndürülməsinə 4 minə yaxın yanğınsöndürən cəlb edilib.

Gununsesi.info