“Meşələrdə, qumsallıqda, çəmənlikdə ayaqyalın gəzin, yerə uzanın” - MURAD ARİF

  • By admin
  • 21 İyun 2017 18:10

murad arif

Hazırda ailəsi ilə birlikdə İsveçin paytaxtı Stokholmda istirahət edən bəstəkar-müğənni Murad Arif şəxsi hesabında maraqlı paylaşım edib. 

Gununsesi.info xəbər verir ki, ifaçı izləyicilərinə “facebook” hesabında maraqlı məsləhətlər verib:

“Heç vaxt qaynar suyu torpağa tökməyin, torpaqdan gələn qüvvətinizi, müdafiənizi məhv edirsiniz. Həyatyani sahələrinizdə asfalt, beton örtüklərini bacardığınız qədər azaldın, torpaq nəfəs alsın. Xəstəliklərin sizdən uzaq olması üçün torpağı, ağacları və vəhşi quşları qoruyun. Ailənizdə sağlıq üçün eyvanınızda quşlara yemlik düzəldin, dualarınızı yüksək ağaclara danışın. Hava şəraiti imkan verirsə, meşələrdə, qumsallıqda, çəmənlikdə ayaqyalın gəzin, yerə uzanın, torpağı hiss edin. Ona təşəkkür edin, torpaqdan bərəkət və sülh istəyin…”

Gununsesi.info