XƏBƏR LENTİ

18 Fevral 2018
17 Fevral 2018

13 Fevral 2018 - 15:28

Messi rəqiblərini açıqladı- "QIZIL TOP" UĞRUNDA
“Barselona”nın ulduz futbolçusu Lionel Messi bu il üçün “qızıl top” mükafatı uğrunda rəqiblərini açıqlayıb.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, son 10 ildə mükafatı “Real”ın hücumçusu Kriştiano Ronaldo ilə bölüşən Leo, xarici mətbuata açıqlamasında bu il mükafat uğrunda mübarizənin daha gərgin keçəcəyini bildirib:
“Hazırda dünyada “qızıl top”u qazana biləcək çox oyunçu var. Son illərdə iki futbolçu arasında bölüşdürüldü, ancaq indi Neymar, Kilian Mbappe və Luis Suares kimi oyunçular da əsas namizədlərdi”.
Messi cari mövsümdə şans qazandığı 36 oyunda 27 qol vurub, 14 məhsuldar ötürmə edib.
Xatırladaq ki, son 10 ildə “qızıl top” mükafatını ancaq Messi və Ronaldo qazanıb. Argentinalı və portuqaliyalı hücumçular hərəyə 5 dəfə bu mükafata yiyələniblər.
Gununsesi.info