XƏBƏR LENTİ

24 Oktyabr 2017
23 Oktyabr 2017

20 Sentyabr 2017 - 15:42

Mikayıl Cabbarov Nazim İbrahimovun yerinəTƏYİNAT ALDI

nazirr

Bu gün Azərbaycan Qılıncoynatma Federasiyasının (AQF) növbədənkənar hesabat-seçki konfransı keçirilib.

Gununsesi.info-nun məlumatına görə, Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında baş tutan yığıncaqda qurumun yeni tərkibi müəyyənləşib.

Tədbirdə Prezident Aparatının gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusif Məmmədəliyev, gənclər və idman naziri Azad Rəhimov, MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə də iştirak edib.

AQF-in prezident postuna yeganə namizəd təhsil naziri Mikayıl Cabbarov səsverməyə əsasən rəhbər vəzifəyə seçilib. Eyni zamanda, Azərbaycan Badminton Federasiyasının prezidenti olan Cabbarov növbəti tsikldə qılıncoynatmanın da inkişafına nəzarət edək.

O, bu postda avqustun 17-də növbəti dəfə AQF-in prezidenti seçilən Nazim İbrahimovu əvəzləyib.

Qeyd edək ki, İbrahimov 2007-ci ildən AQF-də prezident postunu tuturdu.

Gununsesi.info




loading...
Loading...