XƏBƏR LENTİ

24 Oktyabr 2017
23 Oktyabr 2017

20 Sentyabr 2017 - 10:06

Mikayıl Cabbarova yeni vəzifə veriləcəyi gözlənilir

mikayil

Bu gün Azərbaycan Qılıncoynatma Federasiyasının Hesabat-Seçki Konfransı keçiriləcək.

Gununsesi.info xəbər verir ki, bu barədə “Report” qurumun I vitse-prezidenti Yaşar Məmmədov məlumat verib.

Onun sözlərinə görə, Milli Olimpiya Komitəsində baş tutacaq tədbir saat 15:00-da start götürəcək. Konfransda prezident postuna yeganə namizəd təhsil naziri Mikayıl Cabbarovun federasiyanın rəhbəri seçiləcəyi gözlənilir.

M.Cabbarov həm də Azərbaycan Badminton Federasiyasının prezidentidir.

Qeyd edək ki, bu, AQF-nin son bir ayda baş tutan ikinci hesabat-seçki konfransıdır. Avqustun 17-də keçirilmiş toplantıda Nazim İbrahimov yekdilliklə yenidən federasiya prezidenti seçilmişdi.

Gununsesi.info




loading...
Loading...