VİDEO


Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif



Sentyabr 2017
BE ÇA Ç CA C Ş B
« Avq    
 123
45678910
11121314151617
18192021222324
252627282930  

XƏBƏR LENTİ

20 Sentyabr 2017

16 Sentyabr 2017 - 11:24

Millət vəkilimiz AŞPA-nın faktaraşdırıcı missiyasına rəhbərlik edəcək

14352445215554937719_1000x669

Milli Məclisin deputatı, AŞPA-nın Miqrasiya, qaçqınlar və məcburi köçkünlər üzrə komitəsinin sədri Sahibə Qafarova qurumun komitə iclaslarında iştirak etmək üçün sentyabrın 17-dən 20-dək Fransanın paytaxtı Parisdə səfərdə olacaq.

Milli Məclisin mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, Avropa Şurası Parlament Assambleyasının Bərabərlik və qeyri-diskriminasiya komitəsində insan hüquqlarının qorunması, diskriminasiyadan yayınma,  iqtisadiyyatda qadın hüquqlarının gücləndirilməsi, uşaqlar arasında gender bərabərliyinin təbliği, Avropada zorakı evliliklər kimi aktual məsələlər gündəmdə olacaq.

Miqrasiya, qaçqınlar və məcburi köçkünlər üzrə komitədə isə əsasən uşaq hüquqlarının vəziyyəti müzakirə olunacaq. Yetim qalmış miqrant uşaqların övladlığa verilməsi üçün yaş həddinin müəyyənləşdirilməsi, miqrant uşaqların orta məktəblərdə təhsilə cəlb olunması vacibliyi, AŞ-ın üzv dövlətlərində ailəvi qruplaşmalar, miqrasiya böhranında qaçqın və məcburi köçkünlərin hüquqları  mövzularında müzakirələr aparılacaq. S. Qafarova hər iki komitənin iclaslarında baxılan məsələlərə münasibət bildirəcək.

Sentyabrın 20-də isə S. Qafarova Norveçin paytaxtı Oslo şəhərinə səfərə yola düşəcək. AŞPA-nın Miqrasiya, qaçqınlar və məcburi köçkünlər üzrə komitəsinin sədri qismində faktaraşdırıcı missiyaya rəhbərlik edəcək.

Səfər sentyabrın 23-də başa çatacaq.

Gununsesi.info




loading...
Loading...