XƏBƏR LENTİ

22 Oktyabr 2017
21 Oktyabr 2017

13 Oktyabr 2017 - 12:55

Millət vəkilləri CHP-li deputatların Azərbaycan əleyhinə olanSƏNƏDƏ SƏS VERMƏLƏRİNİN SƏBƏBLƏRİNDƏN DANIŞDI

aspa

AŞPA-nın Azərbaycan əleyhinə qəbul etdiyi qətnamələri Türkiyənin AŞPA-da təmsil olunan CHP-li və digər deputatların dəstəkləməsi  Azərbaycan tərəfini çıxılmaz vəziyyətə salıb və bu hadisə ciddi rezonansa səbəb olub.

Məsələ ilə bağlı Gununsesi.info-ya açıqlama verən millət vəkili Fazil Mustafa hesab edir ki, Azərbaycan hakimiyyətinin AKP iqtidari ilə sıx münasibətləri Türkiyədən olan müxalifət deputatlarının belə bir addım atmasına səbəb ola bilər.

fazil

“Fikrimcə, Azərbaycan hakimiyyətinin AKP ilə sıx münasibətləri CHP və digər müxalifət deputatlarını qıcıqlandırdığından Azərbaycan əleyhinə olan bir sənədə səs vermələrinə rəvac verə bilər. Bir zamanlar bizim də AŞPA-da iştirak etdiyimiz dövrdə Türkiyə nümayəndə heyəti ilə birgə hərəkət edərdik. Düzdür, bir neçə CHP-li deputatın Azərbaycana fərqli münasibəti olsa da, Dəniz Baykal və digərləri Azərbaycanı hər zaman dəstəkləyib və onun yanında olublar. İndi onların belə bir addım atması təəssüf doğurucu haldır”- deyə, millət vəkili vurğulayıb.

Millət vəkili hesab edir ki, Azərbaycanla Türkiyədəki siyasi palitra fərqli olduğundan, buna diqqət yetirmək lazımdır: “Türkiyədə güclü iqtidar partiyası ilə yanaşı, güclü müxalifət partiyaları da var, onlarla da münasibətlər məsələsinə baxmalıdır. Baxmayaraq ki, Türkiyədəki siyasi partiyalar daxili proseslərdə bir-birinə qarşı olsalar da, xarici siyasətdə fərqli yanaşmaları var. Türkiyə təkcə AKP-dən ibarət deyil. Digər partiyalarla münasibətlərə baxmaq lazımdır. CHP və MHP ilə əlaqələr qurmaq lazımdır. Çünki bir xətli siyasət və çalışmalar yaxşı nəticə vermir”.

Millət vəkili onu da əlavə edib ki, bu dəfə Türkiyənin AŞPA-da təmsil olunan müxalifət partiyalarının nümayəndələrinin Azərbaycan əleyhinə olan sənədə səs verməsinin bir səbəbi də onların qurumda təmsil etdikləri fraksiyaların, partiyaların mövqeyini dəstəkləməkdən irəli gələ bilər: “Biz artıq AŞPA-nın sessiyasında iştirak etmədiyimizdən əsl səbəblərini bilmirik. Sadəcə dediklərimiz ehtimallarımızdır”.

Millət vəkili Fəzail İbrahimli isə Gununsesi.info-ya açıqlamasında ilk olaraq AŞPA-nın Azərbaycanla bağlı qəbul etdiyi qətnaməni qərəzli hesab edib: “Bu qurumda Azərbaycana qarşı bir xristian təəssübkeşliyi var. Bir çoxları buna sadə yanaşar, ancaq məsələ ciddir. Çünki Azərbaycana qarşı qəbul edilən qərarların əksəriyyəti  erməni lobbisinin fəaliyyəti nəticəsində qəbul edilir”.

fezail

Türkiyəli parlamentarilərin Azərbaycan əleyhinə olan qətnaməni dəstəkləməsinə gəldikdə F.İbrahimli deyib ki, bu gün Azərbaycan hakimiyyəti ilə Türkiyə iqtidarı arasında çox sıx münasibətlər mövcuddur: “Çünki biz Türkiyəni özümüzə güvənc yeri hesab edirik. Bir millət, iki dövlət prinsipi əsasında fəaliyyət göstəririk. Amma Türkiyənin daxili siyasi palitrası tamamilə fərqli baxışlara malikdir. Bu gün Türkiyənin daxilindəki müxalif qüvvələrin düşüncəsinə görə, əgər Azərbaycan hakimiyyəti Türkiyənin AKP iqtidarına yaxındırsa və onunla  sıx əməkdaşlıq edirsə, deməli bizə də müxalif mövqedədirlər”.

O əlavə edib ki, bu gün Türkiyədə kürd, erməni, Avropa ilə qarşıdurma problemindən daha dəhşətli problem siyasi münasibətlərin siyasi düşmənçilik səviyyəsinə çevrilməsidir: “Odur ki, bu gün Türkiyədə siyasi qüvvələr arasında bir siyasi düşmənçilik hökm sürür. Nəticədə bu münasibətlər Azərbaycanla bağlı qəbul edilən sənədə öz təsirini göstərib”.

F.İbrahimli 10 il AŞPA-da fəaliyyət göstərdiyini qeyd edərək bildirib ki, o zamanlar birgə fəaliyyət göstərib və eyni siyasi xətti dəstəkləyiblər: “Odur ki, türkiyəli parlamentarilərin belə bir addım atması həqiqətən də çox üzücü və təsiredici məsələdir”.

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov isə Gununsesi.info-ya açıqlamasında AŞPA-nın iclasında iştirak etdiyi üçün məsələ ilə bağlı mövqe bildirə bilməyəcəyini deyib.

Mürtəza

Gununsesi.info




loading...
Loading...