Millət vəkili məmurlardan şikayətləndi

  • By admin
  • 19 Yanvar 2017 17:00
tahir
“Deputatlar məmurlarla əlaqə saxlamaqda əziyyət çəkir”
Gununsesi.info xəbər verir ki, millət vəkili Tahir Kərimli Milli Məclisin (MM)  İnsan hüquqları komitəsinin iclasında məmurları deputatlarla  əlaqə saxlamaqdan qaçmaqda ittiham edib.
Onun sözlərinə görə,  bəzi icra başçısı, nazir, komitə sədri ilə əlaqə yaratmaqda problem olmasa da, ancaq bir çoxları ilə əlaqə yaratmaq mümkün olmur.
“Ən yaxşı hallarda  köməkçiləri ilə əlaqə saxlamaq olur. Biz bu məsələdə əziyyət çəkirik. Axı, bizim məmurlara olan müraciətlərimiz  şəxsi işimizlə bağlı deyil…”- deyə, T.Kərimli vurğulayıb.
T.Kərimli məmurların millət vəkillərinə qarşı sərgilədiyi bu münasibətə son verilməsini də  tələb edib:
“Belə olanda, biz də seçicilər qarşısında  aciz qalırıq.Belə yanaşma olmaz. Buna son verilməlidir. Sonda seçicilər günahı bizdən görür”.
Mürtəza
Gununsesi.info