Video



Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif

Yanvar 2018
BE ÇA Ç CA C Ş B
« Dek    
1234567
891011121314
15161718192021
22232425262728
293031  

XƏBƏR LENTİ

17 Yanvar 2018

12 Dekabr 2017 - 15:28

Milli QHT Forumu Ulu öndər Heydər Əliyevin anım gününü qeyd edib- FOTOLAR

Bakı QHT Resurs və Təlim Mərkəzində Azərbaycan Milli QHT Forumu (MQF) Ümummilli lider Heydər Əliyevin anım gününü qeyd edib.

Gununsesi.info xəbər verir ki, anım mərasimini açan MQF-nin vitse-prezidenti, Beynəlxalq Dialoq və İnkişaf Alyansının sədri Nüşabə Məmmədova müasir Azərbaycan dövlətinin yaradıcısı, Ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətinin qurulub inkişaf etdirilməsi, həmçinin vətəndaş cəmiyyətinin təşəkkülü ilə bağlı xidmətlərindən bəhs edib.

O bildirib ki, aparılan siyasi kursun nəticəsi olaraq hazırda ölkədə QHT-lər cəmiyyətin ən fəal, dinamik və çevik ictimai qüvvəsinə çevirmişdir və bu siyasət möhtərəm prezidentimiz, cənab İlham Əliyev tərəfindən  uğurla davam etdirilir.

Tədbirdə, MQF-nin idarə heyətinin sədr müavini, “Vətəndaşların sosial rifahı naminə” İB-nin sədri İradə Rzazadə, MQF-nin idarə heyətinin üzvü, “Dünya gənc türk yazarlar” İB-nin sədri Əkbər Qoşalı, MQF-nin idarə heyətinin üzvü, “XXI əsrin qadınları” İB-nin sədri Mahirə Əmirhüseynova, “Yaradıcı Qadınlar Assosiasiyasının” İB-nin sədri Afaq Hüseynova, “Azərbaycan–Gürcüstan əlaqələri” İB-nin sədri Əli Xəlili, “Azad müəllimlər” İB-nin sədri Məlahət Mürşüdlü, “Əmlak Resurs Mərkəzi” İB-nin sədri Şahin Qurbanov, “Heydərçi gənclər” İB-nin sədri Akif Məmmədov və digər şəxslər Uluöndər Heydər Əliyevlə bağlı düşüncə və xatirələri ətrafında çıxış ediblər.

Gununsesi.info