Milli Şura tərəfdarlarını “Məhsul”a yığdı

  • By admin
  • 23 Sentyabr 2017 15:40

mitinq

Bu gün bir neçə müxalif partiyanın və ictimai qurumların cəmləşdiyi Milli Şura öz tərəfdarları ilə birlikdə Yasamal rayonundakı “Məhusl” stadionunda mitinq keçirib. Gununsesi.info-nun xəbərinə görə, Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılan aksiyadan əvvəl polis qüvvələri ciddi təhlükəsizlik tədbirləri görüb.

Stadiona daxil olan aksiya iştirakçılarının üzərində yoxlama aparılıb. Polis bunu təhlükəsizlik məqsədilə edildiyini deyib.

Mitinqin aparıcısı İbrahim İbrahimlinin qısa nitqindən sonra AXCP sədri Əli Kərimli danışıb. O, çıxışında həbsdə olan fəallara azadlıq tələb edib.

Həmçinin, mitinqdə çıxış edən digər müxalifət liderləri hökumət əleyhinə bir sıra bəyanatlar səsləndirib.