Milli Şura yenidən mitinqə hazırlaşır

  • By admin
  • 24 Mart 2017 11:39

mitinq-11-sentyabr-2016-1

“Aprel ayında ölkədə etiraz aksiyalarına start veriləcək”.

Bu haqda Gununsesi.info-ya Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Eldəniz Quliyev məlumat verib.

Onun sözlərinə görə, hazırda  mitinq mövzusu gündəmdədir və müzakirə olunur:

“Düşünürəm ki, yaxın günlərdə, çox güman ki, apreldə ümumxalq mitinqi reallaşacaq. Mitinqin keçirilməsinə  səbəb sosial ədalətsizliklər və  hamını narahat edən məsələlərdir. Lakin  hələ ki mitinqin əsas şüarı dəqiqləşdirilməyib”.

 Mitinqin elektratı və  sosial bazasına gəlincə isə E.Quliyev bildirib ki,  təşkilatçı Milli Şura olacaqsa, o zaman bu tədbirdə müxalif partiyalar və partiya üzvü olmayan digər vətəndaşlar da iştirak edə biləcəklər:  

“Yəni, ümumxalq mitinqini təşkil etməyi düşünürük. Ümumxalq mitinqi isə özündə  çox geniş əhatəni və böyük  kütləni, sferanı ehtiva edir. Həqiqətən mübarizə aparan, xalqı təmsil etmək gücündə olan, demokratik düşüncəli bütün partiyalar və insanlar etiraz mitinqində  işirak edə bilərlər. Milli Şura təklifimin əleyhinə deyil, sadəcə, prosesi tədbirli görmək istəyir. Bu məqsədlə artıq respublikanın bölgələrində iş aparılır. Yaxın günlərdə mitinqin keçirilmə vaxtı da müzakirə edilib, təyin olunacaq”- deyə, o, bildirib.

Gülnaz Qənbərli

Gununsesi.info