Millimizin keçmiş baş məşqçisi Torres vəfat edib

  • By admin
  • 25 Oktyabr 2016 20:49

toores-1

Veteran futbolçu və baş məşqçi Karlos Alberto Torres vəfat edib.

Gununsesi.info-nun Apasport.az saytına istinadən məlumatına görə, braziliyalı mütəxəssis bu gün 72 yaşında ürək tutmasından dünyasını dəyişib.

1970-ci ilin dünya çempionatının qalibi Braziliya millisinin əfsanəvi heyətinin kapitanı olan Torres bir müddət ölkəmizdə də işləyib.

O, 2004-2005-ci illərdə futbol üzrə Azərbaycan millisinin baş məşqçisi olub.

Gununsesi.info