Minə yaxın tələbə ali məktəbini dəyişib

  • By admin
  • 24 Sentyabr 2017 10:20

students_main_280114

Bu il yay ayları ərzində 1000-ə yaxın tələbə bir ali məktəbdən digərinə köçürülüb.

Gununsesi.info trend-ə istinadən xəbər verir ki, bunu Təhsil Nazirliyinin Vətəndaş müraciətlərinə baxılması şöbəsinin əməkdaşı Günay İsgəndərova bildirib.

Onun sözlərinə görə, tələbə köçürülmələri yay və qış semestrləri ərzində aparılır. Yay semestri ərzində köçürülmələr iyuldan başlayır. Prosesn sentyabrın 25-də başa çatması nəzərdə tutulur. İndiyədək köçürülmə üçün müraciət edən tələbələrin sayı 1500-ə qədər olub:

“Onlardan 1000-ə nəfərə yaxını artıq köçürülüb. Köçürülən tələbələr arasında Bakı Dövlət Universitetinə müraciət edənlərin sayı çoxluq təşkil edir. Eyni zamanda, “Təfəkkür” Universitetindən tələbə axını var. Ötən bir neçə gün ərzində “Təfəkkür” Universitetinin daha 100-ə yaxın tələbəsi www.transfer.edu.az portalından istifadə etməklə digər ali təhsil təhsil müəssisəsinə köçürülüb. Yəni yay tətili ərzində bu universitetdən digər ali məktəblərə köçürülən tələbələrin sayı 300-ə çatıb. Digər məktəblərə köçürülmək üçün isə tələbələr www.transfer.edu.gov.az portalına sentyabrın 25-dək müraciət edə bilərlər”.

Gununsesi.info