Video



Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif

Fevral 2018
BE ÇA Ç CA C Ş B
« Yan    
 1234
567891011
12131415161718
19202122232425
262728  

XƏBƏR LENTİ

25 Fevral 2018
24 Fevral 2018

21 Noyabr 2017 - 17:20

Mingəçevirdə üçəm qız dünyaya gəlib
Mingəçevir şəhər Mərkəzi Xəstəxanasında gənc ananın 3 övladı dünyaya gəlib.
Gununsesi.info apa-ya istinadən xəbər verir ki, Kəlbəcər rayonundan məcburi köçkün olan və 1993-cü ildən bəri Mingəçevir şəhərində vaqon evdə yaşayan Vüsal Mamedovun ailəsində dünyaya gəlmiş körpələrin hər üçü qızdır.
Onlar Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının doğum şöbəsində 10 dəqiqə fasilə ilə doğulub. İlk doğulan qızın çəkisi 1 kq 900 qram, sonrakı uşağın çəkisi 1 kq 700, üçüncü körpənin çəkisi isə 1 kq 600 qram olub. Üçəmlərin və onların anası, 1987-ci il təvəllüdlü Mamedova Fəxriyyə Zahid qızının vəziyyəti qənaətbəxşdir. Onlar hazırda xəstəxanada həkim nəzarəti altında saxlanılır. Valideynlər körpələrə Mehriban, Leyla və Arzu adlarını verib.
Qeyd edək ki, üçəmdən əvvəl gənc ailənin bir qız övladı da var.
Gununsesi.info