Mingəçevir su anbarında batan şəxs xilas edilib

  • By admin
  • 24 İyul 2017 19:57

bogulma
Mingəçevir şəhərindəki çimərlikdə batmaq təhlükəsi ilə üzləşən şəxs xilasedicilər tərəfindən sudan çıxarılıb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu gün saat 18:00 radələrində Gəncə şəhər sakini, 1996-ci il təvəllüdlü Ağaməmmədov Vüsal Şöhrət oğlu dostları ilə birgə Mingəçevir su anbarının sahilindəki çimərlikdən kənar ərazidə çimən zaman suda boğulmaq təhlükəsi ilə üzləşib.

Dərhal əraziyə FHN-nin Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Mingəçevir şəhərindəki Aran dalğıc axtarış qrupunun xilasediciləri cəlb olunub.

Batmaq üzrə olan şəxsi xilas edilərək sahilə çıxarılıb.

Gununsesi.info