Mingəçevirdə ata və oğlunu bıçaqlayan şəxs tutulub

  • By admin
  • 09 Dekabr 2017 17:10


Mingəçevir şəhərində ata və oğlunu bıçaqlayan şəxs saxlanılıb.
Bu barədə ”Report”un Şirvan bürosuna DİN Mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib.
Bildirilib ki, dekabrın 7-də Mingəçevir şəhər sakinləri olan ata və oğul – Elçin və Elmir Qəmbərovların kəsici-deşici alətlə bədən xəsarətləri ilə xəstəxanaya daxil olması barədə Polis Şöbəsinə məlumatın daxil omasından sonra əməliyyat-axtarış tədbirləri həyata keçirilib. Nəticədə hadisəni törətməkdə şübhəli bilinən Ramin Qəmbərov saxlanılıb. Onun üzərinə baxış keçirilərkən hadisəni törədərkən istifadə etdiyi bıçaq da maddi sübut kimi götürülüb.
Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info