Mingəçevirdə hamilə qadın özünü maşının altına atdı

  • By admin
  • 21 İyun 2017 18:00

1970b7402813900e84ba22ab340bcd9e

Mingəçevir şəhərində hamilə qadın özünü maşının altına ataraq intihara cəhd edib.

Gununsesi.info report-a istinadən xəbər verir ki, hadisə şəhərin Samux küçəsi ərazisində baş verib.
Belə ki, həmin küçənin sakini, 1993-cü il təvəllüdlü Günel Güloğlan qızı Məmmədova ağır bədən xəsarətləri ilə Mingəçevir Şəhər Xəstəxanasına yerləşdirilib.

Xəstəxanadan report-a bildirilib ki, ağır vəziyyətdə xəstəxanaya gətirilən G.Məmmədovanın hamilə olduğu məlum olub: “Yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan Günel Məmmədova onu müalicə edən həkimə ölmək istədiyini və özünü hərəkətdə olan avtomobilin  altına atdığını deyib”.
Faktla bağlı araşdırmalara başlanılıb.

Gununsesi.info