Mingəçevirdə mənzildə 70 yaşlı qadının cəsədi tapılıb

  • By admin
  • 10 Dekabr 2017 19:00


Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Mingəçevir şəhərində 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Gununsesi.info-nun Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri həmin ünvana gələrək mənzilin qapısını açıb və 1947-ci il təvəllüdlü Məmmədova Xeyransa Əliş qızının cəsədini aşkar ediblər.

Cəsəd aidiyyəti üzrə təhvil verilib. Əməliyyat başa çatıb.

Gununsesi.info