Mingəçevirdə qəssabdan qaçan öküz yaşlı qadını vuraraq ağır xəsarət yetirib

  • By admin
  • 19 Yanvar 2018 21:57


Mingəçevir şəhərində yaşlı qadını öküz vurub.

“Report”un Şirvan bürosu xəbər verir ki, hadisə şəhərin M.Maqomayev prospektində baş verib.

Qəssabdan qaçan öküz yoldan keçən 1963-cü il təvəllüdlü şəhər sakini Hüseynova Təranə Yaqub qızına hücum edib və onu vuraraq yerə yıxıb. Başı asfalta çırpılan qadın ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Qadının bədən nahiyəsi ilə yanaşı kəllə-beyin travması aldığı məlum olub.

Gununsesi.info