Mingəçevirdə restoran işçisi arterial damarı kəsilmiş vəziyyətdə tapılıb

  • By admin
  • 14 Mart 2018 21:10


Mingəçevir şəhərində restoran işçisi arterial damarı kəsilmiş vəziyyətdə tapılıb.

“Report”un Şirvan bürosu xəbər verir ki, hadisə bu gün axşam saatlarında “Qədiroğlu” restoranında qeydə alınıb.

Təqribən, 20-25 yaşlarında olan şəxs ağır vəziyyətdə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

İlkin məlumata görə, onun bud nayihəsindən yaralandığı yerdə şüşə qırıqları və qan izləri olub.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info