Mingəçevirdə top mərmisi tapılıb - FOTO

  • By admin
  • 22 Sentyabr 2017 18:10

ebfc56f4-09ed-4d21-8391-2fe92520359a_292

Mingəçevir şəhərində top mərmisi tapılıb. 

Bu barədə Gununsesi.info-ya Azərbaycan Respublikası Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) bildirilib.

Məlumata görə, sentyabrın 22-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən və Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Mingəçevir şəhərində Daş bazarının yaxınlığında partlamamış mərminin olması barədə məlumatlar daxil olub:

“Məlumatlara əsasən, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib. Agentliyin mütəxəssisləri tərəfindən həmin əraziyə baxış keçirilmiş, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində aşkar olunmuş 1 ədəd 76 mm-lik top mərmisi (OF-343) götürülərək zərərsizləşdirilməsi üçün Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb. Aşkar olunmuş mərminin ətrafında 300 kv.m əraziyə yerüstü baxış keçirilib, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib”.