Minik avtomobili aşıb, sürücü xəsarət alıb - SALYANDA

  • By admin
  • 26 İyul 2017 21:04

yollllllllllllllllllllllllllllllllll

Salyan rayonunda sürücünün xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Gununsesi.info-nun APA-ya istinadən verdiyi məlumata görə, hadisə Şirvan- Salyan yolunda qeydə alınıb.

Salyanın Xələc kənd sakini,1965-ci il təvəllüdlü Səfərov Samit Adil oğlu idarə etdiyi “90 KV 416” dövlət nömrə nişanlı  “VAZ 21015” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və maşın aşıb.

Qəza zamanı xəsarət alan sürücü xəstəxanaya yerləşdirilib

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info