Misligörünməmiş vəhşilik - MƏSCİDƏ GEDƏN 17 YAŞLI QIZI MAŞINDA ZORLAYIB, ÖLDÜRDÜ - VİDEO

  • By admin
  • 18 Oktyabr 2017 16:48

zorlama

ABŞ-ın Vircinia ştatında məscidə gedən 17 yaşlı qızın yolunu kəsərək təcavüz edib, öldürən qatilə edam cəzası istənilib.

Gununsesi.info milli.az-a istinadən xəbər verir ki, Darvin adlı şəxs restoranda yemək yeyən 15 müsəlman qızla dava edib.

Qızlar daha sonra restorandan çıxıb məscidə doğru gedərkən Darvin avtomobili ilə qızları təqib edib və bir avtoparkda onlara hücum çəkib.

Tutduğu 17 yaşlı Hassaneni beyzbol taxtası ilə döyüb, maşınına sürüyən Darvin qızı zorladıqdan sonra öldürüb cəsədini bir gölə atıb.

Darvin qızlara hücum etdiyi ilk yerə geri dönərkən qızlardan biri onu tanıyıb, polisə xəbər verib. Saxlanılan qatil polisə qızı atdığı yeri göstərib. Polis qızın, sadəcə, müsəlman olduğu üçün hücuma məruz qaldığını söyləyib.

Darvinin vəkili Attorney Raymond Morrogh caninin edamının tələb edildiyindən başqa bir məlumat verməyib.

591446

Gununsesi.info