Moldova prezidenti Azərbaycanda – Foto

  • By admin
  • 21 İyun 2017 19:45

1498057833-0588

 

Moldova Respublikasının Prezidenti İqor Dodon iyunun 21-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

“Qafqazinfo” Azərtac-a istinadən xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

İqor Dodonu hava limanında Azərbaycan Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşılayıblar.

 

Gununsesi.info