“Moskva Balkanlardakı situasiyadan narahatdır” - PUTİN

  • By admin
  • 28 Mart 2017 09:01

635586890584034737-ap-russia-putin

Rusiya Balkanlarda bəzi gərginliklərin olduğunu müşahidə edir.

Gununsesi.info “Rossiya 24” telekanalına istinadən bildirir ki, bunu Rusiya prezidenti Vladimir Putin Serbiya baş naziri Aleksandr Vuçiçlə görüşü zamanı söyləyib. O, Moskvanın Balkanlardakı situasiyadan narahat olduğunu bildirib.

Nəzərinizə çatdıraq ki, son günlər Balkanlardakı ölkələr arasında münasibətlər gərginləşib. Belə ki, Makedoniyada albanlarla yaranan siyasi böhran dərinləşib, Monteneqroya Serbiya və Rusiya təsiri artıb, Bosniya və Hersoqovinanın tərkibindəki Serb Respublikası Rusiyanın dəstəyi ilə müstəqilliyə can atmağa başlayıb.

Gununsesi.info