Moskvada baş verən güclü qasırğa nəticəsində 11 nəfər öldü

  • By admin
  • 29 May 2017 21:11

moskva-1

Rusiyanın paytaxtı Moskvada baş verən güclü qasırğa nəticəsində 11 nəfər ölüb.

Gununsesi.info-nun məlumatına görə, bu barədə TASS agentliyinə Moskva Səhiyyə departamentindən bildiriblər.

Xəstəxanalara tibbi yardım üçün 50-dən çox insan müraciət edib. Onların arasında uşaqların da olduğu bildirilir. Xəsarət alanlar Moskvanın 10 xəstəxanasına yerləşdirilib. Hazırda onlara müvafiq tibb yardım göstərilir. Səhiyyə departamentinin rəsmisi bildirib ki, xəsarət alanların sayının artması istisna edilmir.

Gununsesi.info