MSK-a bu KİV-də ödənişsiz efir vaxtı və yer ayıracaq - SİYAHI

  • By admin
  • 22 Fevral 2018 18:10

2018-ci il aprelin 11-nə təyin edilmiş Azərbaycan Respublikası prezidentinin seçkilərində kütləvi informasiya vasitələrində prezidentliyə qeydə alınan namizədlərə seçkiqabağı təşviqat aparmaq üçün kütləvi informasiya vasitələrində ödənişsiz efir vaxtı və dərc üçün yer ayrılacaq.

Mərkəzi Seçki Komissiyasından Gununsesi.info-ya verilən məlumata görə, İctimai Televiziya və Radio Yayımları Şirkəti, “Azərbaycan” qəzeti,”Xalq qəzeti” və “Bakinski raboçi” qəzeti, o cümlədən digər teleradio verilişləri təşkilatları və dövri nəşrlərin redaksiyaları seçkiqabağı təşviqat üçün ödənişli efir vaxtı və yaxud dərc üçün yer ayrılmasının mümkünlüyünə dair qərar qəbul etdikdə, bu barədə Mərkəzi Seçki Komissiyasına müvafiq bildirişlər göndərməli, efir vaxtının verilməsinə və dərc üçün yerin ayrılmasına görə ödənişin əsasları, şərtləri və məbləği barəsində məlumatları prezident seçkilərinin təyin edilməsi haqqında qərarın rəsmi dərc olunmasından sonra ən geci 30 gün keçənədək dərc etməlidirlər.

Mürtəza

Gununsesi.info