MSK sədri: "Prezident seçkiləri ilə əlaqədar 17 beynəlxalq təşkilatlardan 115 müşahidəçi qeydiyyatdan keçib”

  • By admin
  • 17 Mart 2018 17:39


“Builki Prezident seçkiləri ilə əlaqədar 17 beynəlxalq təşkilatlardan 115 müşahidəçi MSK-da qeydiyyatdan keçib”.

Gununsesi.info-nun məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov Komissiyanın bugünkü iclasında deyib.

O bildirib ki, seçkiləri izləyənlər arasında 36 ölkənin təmsilçiləri olacaq: “MSK-da qeydiyyatdan keçən yerli müşahidəçilərin sayı 615, dairələrdə isə bu rəqəm 42 minə yaxındır”.

 

Gununsesi.info