MTN-nin həbsdəki polkovniki Astan Şahverdiyevin qohumudur - MARAQLI

  • By admin
  • 10 Yanvar 2017 11:04
astana
Bir neçə gün əvvəl Azərbaycan xalqını təhqir edən deputat Astan Şahverdiyev barəsində Gununsesi.info daha bir maraqlı məlumat əldə edib.
Saytımıza verilən xəbərə görə, hazırda həbsdə olan MTN-nin İstintaq Baş İdarəsinin İbtidai istintaq idarəsinin 2-ci şöbəsinin rəisi Vüsal Ələkbərov deputatın qardaşı İsmayıl Şahverdiyevin qızı ilə evlidir. Eldar Mahmudovun MTN-də yaratdığı mütəşəkkil cinayətkar qruplaşmasının üzvü olan Vusal Ələkbərov bu qurumda çalışdığı dönəmdə yüzlərlə vətəndaşa qarşı qanunsuz əməllər tərədib. Bu qanunsuzluqlar nəticəsində Vüsal Ələkbərov dəyəri 1.5 milyona yaxın olan əmlaklara sahib olub.
Gununsesi.info