MTRŞ-dan Zaur Baxşəliyevin verilişi ilə bağlı AÇIQLAMA

  • By admin
  • 17 Mart 2018 11:10
Xəbər verdiyimiz kimi Azərbaycanın tanınmış aparıcısı Zaur Baxşəliyev canlı efirə hamam geyimində çıxıb. O, aparıcısı olduğu “Zaurla Günaydın” verilişinin bugünkü buraxılışında maraqlı addım atıb. Proqram başlayanda xanımı Günay Baxşəliyevanın mətbəxtdə olduğunu görünüb. Daha sonra Zaur hamamdan çıxdığını, qazın bitdiyini söyləyib. 
Gununsesi.info xəbər verir ki, unikal.org bununla bağlı MTRŞ-na müraciət edib. Milli Televiziya və Radio Şurasının sədr müavini Qafar Cəbiyev saytımıza açıqlamasında bildirib ki, bizim şurada bütün radio və televiziya verilişlərinin monitorinqi aparılır:
“Bütün verilişlər 1 gün sonra yoxlanılır. Əgər qanun pozuntusu aşkarlanarsa onda MTRŞ mövqe bildirəcək. Ümumiyyətlə isə milli mənəvi dəyərlərə xələl gətirən görüntülər istənilən verilişdə aşkarlan verilişlər ilə bağlı  MTRŞ  tərəfindən qanunvericiliyin tələblərinə uyğum olaraq ölçü götürülür”.
Sədr müavi əlavə edib ki, sözügedən verilişlə bağlı  həftənin ilk iş günü yəni bazarertəsi MTRŞ münasibət bildirəcək.
Gununsesi.info