Video



Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif

Noyabr 2017
BE ÇA Ç CA C Ş B
« Okt    
 12345
6789101112
13141516171819
20212223242526
27282930  

XƏBƏR LENTİ

19 Noyabr 2017
18 Noyabr 2017

22 Avqust 2017 - 15:10

“Müəllimlərin işə qəbulu üzrə müsahibənin əlavə yerləşdirmə mərhələsi keçiriləcək”- NAZİRLİK

esqi-bagirov

Sentyabr ayında müəllimlərin işə qəbulu üzrə müsahibənin əlavə yerləşdirmə mərhələsi keçiriləcək.

Gununsesi.info xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Eşqi Bağırov deyib.

O bildirib ki, hazırda ümumi təhsil müəssisələrinə mərkəzləşdirilmiş qaydada aparılan müəllimlərin işə qəbulu üzrə müsabiqənin son mərhələsi keçirilir: “Müsabiqə mərhələsində müəllimlərin psixoloji durumu, praktik, metodik bilikləri yoxlanılır. Namizədlər müsabiqə mərhələsinə hazırlıqlı gəliblər. Onlara öncədən ixtisaslarına uyğun mövzular təqdim olunub”.

Müdir müavininin sözlərinə görə, müəllimliyə namizədlərdən müsahibə götürən komissiya 3 nəfərdən ibarətdir: “Komissiya üzvlərindən bir nəfər fənn müəllimi, bir nəfər qabaqcıl məktəblərin rəhbərlərindən biri, bir nəfər isə təhsil nazirliyinin əməkdaşıdır. Bu mərhələyə 5225 nəfər keçib. Bu mərhələ bitəndən sonra sentyabrın əvvəli əlavə yerləşdirmə mərhələsi keçiriləcək”.

E.Bağırov qeyd edib ki, müsahibənin nəticələri növbəti həftənin əvvəli hər bir müəllimin şəxsi səhifəsində yerləşdiriləcək: “Bu il ilk dəfə olaraq fiziki tərbiyə, musiqi, təsviri incəsənət müəllimləri üçün mərhələlərin yeri dəyişib. Onlar əvvəlcə müsahibə mərhələsinə dəvət olundular, ordan uğurla keçənlər növbəti mərhələyə buraxıldılar”.
Qeyd edək ki, müəllimlərin işə qəbulu üzrə müsahibə mərhələsi avqust ayının 21-dən etibarən başlayıb. Müsabiqə avqustun 26-da başa çatacaq.

Gununsesi.info





loading...