VİDEO




Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif



İyul 2017
BE ÇA Ç CA C Ş B
« İyn    
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  

XƏBƏR LENTİ

27 İyul 2017
26 İyul 2017

16 İyul 2017 - 22:40

Müasirləşən Naxçıvan turist bolluğunda

NAX2

 

Son illər sürətlə tərəqqiyə doğru gedən Azərbaycan 2017-ci ilin ilk yarısında bu uğurlarını davam etdirdi. Dünyada neftin qiymətinin düşməsinə rəğmən Azərbaycanın inkişafı nəinki dayandı, əksinə ölkəmiz bir çox uğurlara imza atdı.

Son dövrlər dövlətin ölkənin turizm sektorunun inkişafı sahəsində atdığı addımlar ölkəmizin qədim diyarı olan Naxçıvan Muxtar Respublikasının uğurlarına səbəb oldu.

Belə ki, dövlət başçısının qərar və tövsiyyləri Muxtar Respublikada həvəslə yerinə yetirildi.

Sirr deyil ki, qədim diyar olan Naxçıvanın böyük turizm potensialı var. Son illər bu potensialdan istifadə imkanları da genişlənib. Naxçıvan Muxtar Respublikasına səfər edən xarici turistlərin əsas hissəsini qardaş Türkiyə, İran, eləcə də Rusiya, Almaniya və digər Avropa ölkələrindən gələn turistlər təşkil edir. Turistlər Naxçıvana əsasən sağlamlıq, dini və tarixi yerləri ziyarət etmək məqsədilə gəlirlər.

N3

Turistlər əyləncə və gəzinti, işgüzar görüşlər və tanışlıq məqsədilə də bura səyahət edirlər.
Bu gün muxtar respublikada mərkəz nöqtəsi Naxçıvan şəhəri olmaqla, Naxçıvan-Batabat, Naxçıvan-Ağbulaq, Naxçıvan-Ordubad-Gəmiqaya, Naxçıvan-Əshabi-Kəhf, Naxçıvan-Əlincəqala və Naxçıvan-Qarabağlar istiqamətlərində turizm marşrutları mövcuddur.
İndi Naxçıvan beynəlxalq hava limanı vasitəsilə Bakı, İstanbul, Moskva və Gəncə şəhərləri, habelə Türkiyə və İranla gömrük-keçid məntəqələri ilə xarici ölkələrə gediş-gəliş təmin olunur.

Azərbaycan Prezidentinin diqqət və qayğısı, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun rəhbərliyi altında Naxçıvan bu gün dünyanın ən gözəl bölgələrindən birinə çevrilib.

Onu da qeyd edək ki, Muxtar respublikada əldə olunan ən böyük uğurlardan biri, bəlkə də, ən başlıcası regionun enerji və ərzaq təhlükəsizliyinin tam təmin olunmasıdır. Vaxtilə enerjiyə olan tələbatını idxal hesabına ödəyən Naxçıvan indi elektrik enerjisi ixrac edir. Muxtar respublika 100 faiz qazlaşdırılıb.

N4

Bu gün Naxçıvan nəinki özünü enerji ilə tam şəkildə təmin edir, hətta ixrac edir. Ən önəmlisi ondan ibarətdir ki, Naxçıvanın daxili təminatı 100 faiz bərpa olunan enerji növləri hesabına ödənilir. Bu da, deyə bilərəm ki, dünyada çox nadir hallarda müşahidə edilən bir mənzərədir.

Təsadüfü deyil ki, ölkə başçısı Naxçıvan haqqında “Burada görülən işlərlə bir daha tanış olarkən gördüm ki, nə qədər böyük işlər görülür, Naxçıvan rəhbərliyi muxtar respublikanın inkişafı üçün nə qədər böyük sevgi ilə, diqqətlə səylər göstərir. Hesab edirəm ki, bu gün Naxçıvanın gələcək inkişafı ilə bağlı əlavə sözlərə ehtiyac yoxdur. Çünki bütün işlər burada ən yüksək səviyyədə görülübdür. Bir daha qeyd etmək istəyirəm ki, siz bütün məsələləri – quruculuq, abadlıq işlərini, enerji təhlükəsizliyi, hərbi potensial, infrastruktur layihələrin icrası, ərzaq təhlükəsizliyi məsələlərini həll etmisiniz” deyə bildirib.

Muxtar Respublikanın sakinləri də məmnunluqlarını gizlətmir. Əməkdaşımızın həmsöhbət olduğuğu Naxçıvan əhalisi həyatlarının dəyişməsinə, yaşadıqları yerin müasirləşməsinə görə, dövlət başçısına və muxtar respublika rəhbərliyinə təşəkkür edirlər.

 

Gununsesi.info





loading...
Loading...