Video



Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif

Dekabr 2017
BE ÇA Ç CA C Ş B
« Noy    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

XƏBƏR LENTİ

16 Dekabr 2017

16 Noyabr 2017 - 11:56

Mübariz Mənsimov gəmilərindən birinə Natiq Əliyevin adını verib- FOTOLAR

“Palmali” Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimov yeni nəhəng gəmilərindən birinə Azərbaycanın mərhum energetika naziri Natiq Əliyevin adını verib.

“Palmali” Şirkətlər Qrupundan Gununsesi.info-ya verilən məlumata görə, Natiq Əliyevin adını daşıyan gəmi artıq ilk səfərinə çıxıb.

Gəmi Arktika, Norveç, Kanadada ümumilikdə dünya sularında neft ve neft məhsulları daşıyır. Eyni zamanda 4 növ yük daşıma qabiliyyətinə malikdir. Arktikada buzlarda rahat hərəkət edir.

Qeyd edək ki, gəmidə Natiq Əliyev güşəsi də var, orada mərhum nazirin fotoları, onunla bağlı kitablar yer alıb.

Onu da nəzərinizə çatdıraq ki, bir neçə gündən sonra, daha dəqiq desək, noyabrın 23-də Natiq Əliyevin 70 illik yubileyidir.

Xatırladaq ki, Mübariz Mənsimov Natiq Əliyevlə yaxın dost olduğunu açıqlayıb: “Bu gəmi çox özəl bir gəmidir. Buzları belə qıraraq üzən gəmi… Dünya sularında olacaq və dostumun adını okeanlarda tanıdacaq. Natiq Əliyevi yalnız Azərbaycan deyil, bütün Türk dünyası itirdi. Mən isə ən yaxın dostumu…”

Gununsesi.info