Müğənni Madonna Ağ Evi partlatmaq istəyib! – Trampa görə

  • By admin
  • 22 Yanvar 2017 15:15

inx300x200-300x200

 

AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, müğənni Madonna Vaşinqtonda keçirilən «Qadınların marşı» aksiyasındakı çıxışı zamanı ABŞ Prezidenti Donald Tramp barədə qeyri-senzur ifadələr işlədib. «The Hollywood Reporter» nəşrinin məlumatına görə, Madonnanın bu sözlərindən sonra bəzi Amerika telekanalları tədbirin yayımını dayandırıblar.

Madonna həm də bəyan edib ki, Ağ Evi patlatmaq barədə düşünüb. «Bəli, mən qəzəbliyəm, mən dəli olmaq həddindəyəm, mən Ağ Evi partlatmaq barədə çox düşündüm. Ancaq bilirəm ki, bu, heç nəyi dəyişməyəcək. Biz, çılğınlığa qapılmamalıyıq» – deyə, Madonna mitinqin səhnəsindən bəyan edib.

«Daily Mail»-in məlumatına görə, ABŞ-n Məxfi xidməti bəyan edib ki, Madonnanın araqarışdırıcı çıxışına görə, onun barəsində müvafiq araşdırma aparılacaq.

Bununla bərabər, Madonna barəsində iş açılması haqda yekun qərarın verilməsi federal prokurorun səlahiyyətinə aiddir.

 

Gununsesi.info