Müğənni Sevda ərə getməməsinin səbəbini AÇIQLADI

  • By admin
  • 16 Yanvar 2018 12:26

Bu gün ARB TV-nin “Səhər-Səhər” verilişinin qonaqlarından biri Sevda Yahyayeva olub.

Gununsesi.info xəbər veirr ki, aparıcı Elgiz “Sevda, birdən sənin gələcək həyat yoldaşın desə, mənə bozbaş bişir. Sən neyləyəcəksən?” sualı ilə gənc müğənniyə müraciət edib.

Sevda aparıcının sualına “Bişirməyi bilirəm, amma neçə illərdir anam sağolsun, evdə hazırlayır. Mən elə bil ki, yadırğamışam, yadımdan çıxıb” sözləri ilə cavab verib.

Bu məqamda mövzuya müdaxilə edən Əli Mirəliyev “Biz sənin yadına salarıq. O qız ki xörək bişirə bilmir, onu almırlar” sözləri ilə Sevdaya üzünü tutub.

S.Yahyayeva Əli Mirəliyevin sözlərinə “Ona görə hələ də evdə qalmışam da yəqin (gülür)” fikirlərini səsləndirib.

Gununsesi.info