Murad Arifin adından insanlar aldadılır - "ELƏ ŞEY EŞİTDİM Kİ, ŞOKDAYDAM!"

  • By admin
  • 15 Dekabr 2017 11:12

Müğənni-bəstəkar Murad Arifə qarşı dələduzluq edilib.

Gununsesi.info axşam.az-a istinadən xəbər verir ki, sənətçi onun adından müştərilərinin aldadıldığını deyib:

“Məclis maklerləri ağ edib. Mən vasitəçilərə onsuz da öz halal 10%-imi verirəm. Biri məni 5-ə razı salıb, müştəridən 10 götrürsə, buna nə ad vermək olar?..Yayda apardığım məclislə bağlı elə şey eşitdim ki, şokdaydam! İnsan o loxmanı boğazından necə keçirib, görəsən?

Hörmətli məclis sahibləri, şirkət nümayəndələri! Əgər “Murad Arif bölgələrə getmir”, “Tək özü üçün 8-10 min manat istəyir”, “Bakıda olmayacaq”, “Həmin gün məşğuldur”, “Murad müğənni seçiminə müdaxilə edir”, “Filan sənətçilərlə məclis aparmır” tipli yalan versiyalar eşitmək istəmirsinizsə, özümə müraciət edin”.

Gununsesi.info