XƏBƏR LENTİ

19 Fevral 2018

20 Oktyabr 2017 - 14:10

Müstəqil hüquqşünaslara şad xəbər- NÜMAYƏNDƏLİK İNSTİTUTUNUN FƏALİYYƏTİNİ MƏHDUDLAŞDIRAN LAYİHƏ PARLAMENTİN GÜNDƏLİYİNDƏN ÇIXARILDI

axar.az1394439080milli-meclis

“Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanuna dəyişiklik layihəsi Azərbaycan Milli Məclisinin bu gün keçirilən plenar iclasının gündəliyindən çıxarılıb.

Gununsesi.info-nun məlumatına görə, Milli Məclisin sədri Oqtay Əsədov deyib ki, qanun layihəsinin hazırlanması gecikib, ona görə də gündəlikdən çıxarılıb.

Dəyişiklik layihəsində bir sıra məhkəmə çəkişmələrində nümayəndəlik institutunun vəkillik institutu ilə əvəzlənməsi nəzərdə tutulur, vəkillik institutunun daha da gücləndirilməsi təklif edilir. Bundan başqa, kassasiya instansiyasında, yəni, Ali Məhkəmədə işlərə baxılan zaman nümayəndənin iştirakına yol verilməyəcək.
Həmçinin, Mülki Prosessual və İnzibati Prosessual məcəllələrinə dəyişiklik layihəsi də gündəlikdən çıxarılıb.

Gununsesi.info