Müxalifət düşərgəsindəki bir neçə partiya fəaliyyətini dayandırıb - ONLAR QƏRARA GƏLİBLƏR Kİ...

  • By admin
  • 21 İyun 2017 17:42

partiyalar

Müxalifət düşərgəsində bir neçə partiyanı birləşdirən Siyasi Partiyaların Əməkdaşlıq Mərkəzi fəaliyyətini dayandırıb.

Gununsesi.info-nun teleqraf-a istinadən verdiyi məlumata görə, artıq iyirmi gündən çoxdur ki, Əməkdaşlıq Mərkəzində toplanan siyasi partiyalar toplantılarını keçirmir.

Mərkəzdə təmsil olunan siyasi partiya sədrlərindən biri iddia edib ki, söhbət mərkəzin fəaliyyətinin tam olaraq dayandırmasından gedə bilməz. Çünki Əməkdaşlıq Mərkəzində təmsil olunan partiya rəhbərləri qərara gəliblər ki, Ramazan ayı ərzində həftəlik toplantılar və müzakirələr dayandırılsın. Gələn ayın əvvəllərindən başlayaraq, mərkəzdə təmsil olunan partiya sədrləri yenidən bir araya gələrək fəaliyyət planı haqda müzakirələr aparacaq.

Qeyd edək ki, sözügedən mərkəzdə ADP, KXCP, VİP, Azadlıq, Aydınlar, ALDP, BAP və digər partiyalar əməkdaşlıq edir.

Gununsesi.info