Video



Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif

Yanvar 2018
BE ÇA Ç CA C Ş B
« Dek    
1234567
891011121314
15161718192021
22232425262728
293031  

XƏBƏR LENTİ

16 Yanvar 2018
15 Yanvar 2018

12 Dekabr 2017 - 13:22

“Nəsimi” stansiyasında 30 yaşlı gənc relsin üzərinə yıxılıb

“Bakı Metropoliteni” QSC-nin “Nəsimi” stansiyasında 30 yaşlı gənc relsin üzərinə yıxılıb.

Gununsesi.info xəbər verir ki, bunu metropolitenin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib.

Onun sözlərinə görə, hadisə bu gün saat 12:15 radələrində baş verib. Belə ki, “Nəsimi” stansiyasında 1987-ci il təvəllüdlü Paşayev Oktay Nazim oğlu stansiya yoluna yıxılıb: “Həzi Aslanov-Dərnəgül xətti ilə hərəkət edən qatardan düşən sərnişin digər xəttin stansiya yoluna düşüb. Həmin vaxt stansiyada qatar olmayıb. Xoşbəxtlikdən sərnişin heç bir xəsarət almayıb. İşə getdiyini bildirən Oktay Paşayev başının fırlandığını və buna görə müvazinətini itirdiyini deyib”.

Gununsesi.info