Nadir küsülü olduğu xalq artisti üçün verilişə gəldi

  • By admin
  • 22 Mart 2018 21:16


Xalq artisti Nazpəri Dostəliyeva ilə müğənni Nadir Qafarzadə arasında tac üstə qalmaqal yaşanmışdı.

Axşam.az-ın məlumatına görə, prodüser Tarix Əliyevin Nazpərinin başına tac qoymasına Nadir etiraz etmişdi. O, tacı yalnız xalq artisti İlhamə Quliyevaya yaraşdırdığını bildirib.

Qafarzadə “5/5” verilişinə gələrək N.Dostəliyevaya barışıq əli uzadıb:

“Bizim barışığımız 8 Martda baş tutub. Ona zəng vurub, təbrik etdim. Barışanda sevinirəm ki, dava olmasın”.

Nazpəri “Mənim reaksiyamı kim gördü? Kənarda dayanıb baxırdım. Tolik dedi ki, Nadir məndən inciyib. Nadirin səhvi o idi ki, orada mən var idim. Bunu nəzərə alardı. Bu gün hamı tacda gəzir. Mənlik heç nə yoxdur” sözlərini deyib.

 

Gununsesi.info