Naməlum şəxs küçədə atəş açıb - ÖLƏN VƏ YARALANANLAR VAR

  • By admin
  • 20 Fevral 2018 08:50

Kanadanın Ontario əyalətində silahlı insident qeydə alınıb.

Gununsesi.info xəbər verir ki, Brampton şəhərində naməlum şəxs küçədə atəş açıb.

Hadisə nəticəsində bir nəfərin öldüyü bildirilir. Şahidlər bir neçə atəş səsi eşitdiklərini bildirirlər. Hazırda ərazi polis tərəfindən əhatəyə alınıb. İnsidentin təfərrüatları müəyyənləşdirilir.

Gununsesi.info