Naməlum şəxslər taksi sürücüsünün başına oyun açdılar - AZƏRBAYCANDA

  • By admin
  • 08 Dekabr 2017 11:46

Bakı-Gəncə marşrutu üzrə şəxsi “Mercedes” markalı avtomobili ilə sərnişin daşımaqla məşğul olan 1972-cü il təvəllüdlü Mahir Məmmədov naməlum şəxslər tərəfindən soyğunçuluğa məruz qalıb.

Gununsesi.info-nun report-a istinadən xəbərinə görə, Gəncəyə getmək adı ilə M.Məmmədovun avtomobilinə əyləşən iki nəfər əvvəlcə avtomobili Biləcəri qəsəbəsinə sürdürüblər. Həmin şəxslər Biləcəridə sürücüyə hücum edərək onun əl-qolunu bağlayıblar.

Bundan sonra naməlum şəxslər M.Məmmədovu da avtomobilə qoyaraq nəqliyyat vasitəsini  İsmayıllı rayonuna sürüblər. Onlar həmin rayonun Bizlan kəndində sürücünü meşə ərazisində avtomobildən düşürərək ərazidən uzaqlaşıblar.

Hüquq-mühafizə orqanlarının əməkdaşları faktla bağlı araşdırma aparır.

Gununsesi.info