Video



Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif

Yanvar 2018
BE ÇA Ç CA C Ş B
« Dek    
1234567
891011121314
15161718192021
22232425262728
293031  

XƏBƏR LENTİ

17 Yanvar 2018

12 Yanvar 2018 - 17:24

“Namaz qılanlardan çox dualar oxuyuram”- MƏLEYKƏ ƏSƏDOVA

“Kim mənim dünyama kirli əllərini uzadırsa, Allah bilsin, cəzasını versin”.

Gununsesi.info-nun axşam.az-a istinadən verdiyi məlumata görə, bu sözləri xalq artisti Məleykə Əsədova sosial şəbəkədə yazıb.

Aktrisa bir müddət əvvəl Seyid Lazım ağa ziyarətgahında “Quran” əvəzinə Hacı Xavər Xanımın “Allaha pənah, Allaha təvəkkül” kitabını öpərək alnına qoymuşdu. Onun bu hərəkəti sosial şəbəkədə tənqid edilmişdi. Əsədova onu tənqid edənlərə cavab verib: “Namaz qılmıram, çünki buna hazır deyiləm. Məni tanıyan bütün insanlar bilir ki, namaz qılanların bəzisindən çox “Quran” ayələri, dualar oxuyuram. Hansı ziyarətə gedirəm duasını oxuyub səcdə edirəm. Balaca vərəqin üstündə “Quran” ayəsi görsəm, öpüb gözümün üstünə qoyuram. Qüsuru insanlarda yox, əvvəl öz içinizdə axtarın. Ömür çox qısadır, ona-buna pislik etməkdənsə, öz şəxsi həyatınızla məşğul olun. Eybi yox, başı açıq olun, amma Allaha saf hissləriniz olsun. Allah məni və qızımı şeytan ruhlu insanlardan qorusun”.

Gununsesi.info