“Narkotiki körpünün altında tapdım” – Foto

  • By admin
  • 24 Fevral 2017 22:06

yasinnarkotik

 

Şəmkir polisi xeyli miqdarda narkotik vasitəni dövriyyədən çıxarıb.

ARB xəbər verir ki, Şəmkir Rayon Polis Şöbəsinin əməliyyatçılarına rayon ərazisində narkotik vasitələrin alğı-satqısı ilə bağlı məlumat daxil olub. Dərhal əməliyyat tədbirlərinə başlayan polis əməkdaşları şübhəli kimi 24 yaşlı Yasin Qəribovu saxlayıb. Şöbədə Qəribovun üzərinə üzərinə baxış keçirən əməliyyatçılar ondan 3 kiloqram 230 qram açıq və daha 20 kibrit qutusu bağlı şəkildə qurudulmuş marixuana aşkarlayaraq götürüblər.

Bəxtiyar Rəhimov, Şəmkir Rayon Polis Şöbəsinin istintaq bölməsinin rəisi: “Qəribov Yasin Azər oğlu istintaqa məlum olmayan mənbədən əldə etdiyi külli miqdarda. ümumi çəkisi 3 kiloqram 326 qram qurudulmuş marixuananı Şəmkir rayonuna gətirib. Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində tutulub”.

Əvvəllər Türkiyə Respublikasında məhkumluq həyatı yaşayan Yasin Qəribov cəmi 5 ay öncə vətənə dönüb. O, narkotik vasitəni Gəncə şəhəri ərazisində yol kənarından toplasa da, satmaq üçün üz tutduğu məkan başqa rayon olub.

Yasin Qəribov, saxlanılan şəxs: “Gəncə şəhərində körpünün altından tapdım. Torbaya və kibrit qutusuna yığıb taksi ilə Şəmkirə gətirdim. Yanacaq doldurma məntəqəsinin yanında polislər tutdu”.

Hazırda Şəmkir polisisində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə iş başlanılıb. İstintaq aparılır.

 

Gununsesi.info