XƏBƏR LENTİ

15 Dekabr 2017

18 Noyabr 2017 - 20:50

NATO-dan əvvəl biz var idik- BAXÇALI


NATO-dan əvvəl biz var idik. Bu təşkilatın tərkibində yer almamaq dünyanın sonu deyil.

Gununsesi.info verir ki, bu sözləri Milliyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı NATO ilə Türkiyə arasında yaşanan böhran barədə danışarkən söyləyib.

Qeyd edək ki, Norveçdə keçirilən NATO-nun hərbi təlimi zamanı şərti düşmən hədəfi kimi seçilən lövhədə Mustafa Kamal Atatürk və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın adı yer alıb. Təlim təşkilatçılarının belə addım atması Türkiyənin sərt etirazına səbəb olub. Hadisədən sonra Türkiyə təlimdə iştirak edən hərbçilərini geri çağırıb. Yaşanan insidentlə bağlı NATO-nun baş katibi Yens Stoltenberq və Norveç Türkiyədən üzr istəyib.

Gununsesi.info